Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 12:21:00
Bu ixtisas qurupunda plan yerləri 23 faiz artıb

Abituriyentlər seçdikləri istiqamət üzrə yeniliklərlə 4 nömrəli “Abituriyent” jurnalında tanış olmalıdır.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda söyləyib. O bildirib ki, I qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır. Eyni ixtisaslar müxtəlif universitetlərdə var.

 

Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var. Birinci qrupda keçən illə müqayisədə plan yerlərində 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək.