Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 11:05:15
Ali Hərbi Məktəbə əlavə kursant qəbulu elan edilir

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edilib ki, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

 

"Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 14 – 15 avqust tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş, Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər", - məlumatda qeyd olunub.