Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-08 14:26:38
DİM TOEFL iBT imtahanı keçirib

2023-cü il iyulun 8-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az- bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 1 əcnəbi olmaqla 20 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 12 iyul 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/