Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-07 14:27:07
DİM TOEFL iBT imtahanı keçirib

2023-cü il mayın 6-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 7 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 10 may 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/