Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 12:16:00
Birinci ixtisas qrupunda 18 min 386 plan yeri var

Birinci ixtisas qrupunda plan yerlərinin ümumi sayı 18 min 386-dır. Bunlardan 13348-i dövlət sifarişlidir.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda söyləyib. O qeyd edib ki, I ixtisas qrupunda RK altqrupu üzrə plan yerlərinin sayı 12246-dır, bundan 8398-i dövlət sifarişlidir. Rİ altqrupunda plan yerinin sayı 6140, ondan 4950-si dövlət sifarişli yerdir.