Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 13:04:00
Boş qalan dövlət sifarişli yerlərə qəbul sayı - SİYAHI

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır.

 

Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.

 

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir.

 

 

AzEdu.az DİM-dən verilən məlumata əsasən bildirir ki, bölgü universitetlər üzrə aşağıdakı kimidir:

 

  1. Bakı Dövlət Universiteti - 175

 

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 182

 

  1. Azərbaycan Texniki Universiteti - 226

 

  1. Azərbaycan Memarlıq və İnşaat Universiteti - 257

 

  1. Azərbaycan Tibb Universiteti - 62

 

  1. Azərbaycan Dövlət Pedaqoji Universiteti - 28

 

  1. Azərbaycan Dövlət İqtisad Universiteti - 47

 

  1. Azərbaycan Dillər Universiteti - 2

 

  1. Bakı Slavyan Universiteti - 4

 

  1. Bakı Mühəndislik Universiteti - 72

 

  1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 3

 

  1. Bakı Musiqi Akademiyası - 1

 

  1. Azərbaycan Milli Konservatoriyası - 3

 

  1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 21

 

  1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - 16

 

 

  1. Azərbaycan Turizm və Menecment Universiteti - 7

 

  1. Bakı Xoreoqrafiya Akademiyası - 20

 

  1. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 4

 

  1. Milli Aviasiya Akademiyası - 46

 

  1. Azərbaycan Dövlət Dəniz Akademiyası - 43

 

  1. Dövlət Gömrük Komitəsinin Akademiyası - 3

 

  1. Naxçıvan Dövlət Universiteti - 64

 

  1. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) - 16

 

  1. Gəncə Dövlət Universiteti - 26

 

  1. Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) - 52

 

  1. Sumqayıt Dövlət Universiteti - 82

 

  1. Mingəçevir Dövlət Universiteti - 49

 

  1. Lənkəran Dövlət Universiteti - 21

 

  1. Azərbaycan Kooperasiya Universiteti - 46

 

  1. "Azərbaycan" Universiteti - 28

 

  1. Qərbi Kaspi Universiteti - 46

 

  1. Xəzər Universiteti - 5

 

  1. Bakı Avrasiya Universiteti - 28

 

  1. "Odlar Yurdu" Universiteti - 66

 

  1. Bakı Biznes Universiteti - 38

 

  1. "Naxçıvan" Universiteti (Naxçıvan şəhəri) - 11

 

 

Təhsil eksperti E.Əfəndiyevin sözlərinə görə bu tələbələr ixtisaslaşma zamanı ödənişli yerləri seçiblər, halbuki dövlət sifarişi üzrə qəbul ola bilərdilər.

 

“Dövlət tərəfindən bu il üçün 27000 ödənişsiz plan yeri sifariş olunmuşdu. Onlardan 1800 yer boş qaldığı üçün müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr (magistraturaya qəbul olan 319 nəfər) və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir”.