Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 16:14:00
BMU-nun tələbəsi Polşanın nüfuzlu universitetində...

Bakı Mühəndislik Universitetinin (BMU) təhsillərinin növbəti pilləsini xaricdə davam etdirəcək tələbələrinin sayı genişlənməkdədir.

 

AzEdu.az xəbər verir ki, bu sırada yer alan tələbələrdən biri - universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Turan Əliyev magistratura səviyyəsi üzrə Polşanın nüfuzlu universitetlərindən biri olan Maria Curie-Sktodovska Universitetində təhsil alacaq. O, sözügedən ali təhsil müəssisəsinin "Materials chemistry" ixtisasına daxil olub.

 

2019-2020-ci tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasına 500 balla daxil olan T.Əliyev 2023-cü ildə bakalavriat səviyyəsini ümumi orta müvəffəqiyyət göstəricisi 78.75 balla tamamlayıb.