Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 14:49:00
"Abituriyent" jurnalının xüsusi buraxılışları  onlayn satışda...

«Abituriyent» jurnalının 4-cü nömrəsi və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” (II və III ixtisas qrupu) xüsusi buraxılışları PDF formasında onlayn satışa verilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Xatırladaq ki, «Abituriyent» jurnalının 4-cü nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

 

“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışlarında isə II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib. 

 

Jurnalların elektron versiyasını (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal