Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 13:44:05
Ən yaxşı universitetlərində təhsil alanlar “TOP Talks”da... 

 

“ROOF Academic Training” şirkətinin təşkilatçılığı ilə 20 avqust 2023-cü il tarixdə “JW Marriott Absheron Baku Hotel”də dünyanın ən yaxşı universitetlərində təhsil almış şəxslər “Parlaq Gələcək Üçün” bir araya gələcək. Tədbirin məqsədi ölkə gənclərində keyfiyyətli təhsilə qarşı maraq yaratmaq, bunun əlçatan olduğunu göstərmək və onları fərqli perspektivlər, həmçinin təcrübələrlə tanış etməkdir.

 

AzEdu.az xəbər verir ki, top universitetlərə gedən yolu qət etmiş şəxslər həmin universitetləri hədəfləyən gənclərə bu yolda dəstək olmaq üçün öz hekayələrini paylaşacaq, məsləhətlər verəcək və bu universitetlərlə bağlı təcrübələrini bölüşəcəklər.

 

Tədbir “Başlanğıc Nöqtəsi”, “Gələcəyə Baxış”, “Finiş Nöqtəsi” panelləri üzrə davam edəcək. İlk panel “ROOF Academic Training” şirkətinin icraçı direktoru və marketinq rəhbəri Nabat Hüseynzadənin moderatorluğu və Amerikanın Massaçusets Texnologiya İnstitutu tələbəsi Salman Hüseynov, Almaniyanın Münhen Texniki Universiteti tələbəsi, DAAD təqaüdçüsü İlhamə Mirzəcanzadə, Türkiyənin İstanbul Texniki Universiteti tələbəsi Cavad İbrahimlinin spikerliyi ilə baş tutacaq.
“Gələcəyə Baxış” paneli zamanı “ROOF Academic Training” şirkətinin xaricdə təhsil şöbəsinin rəhbəri moderator Vüsalə Mustafayeva və spikerlər - Belçikanın Brüssel Vrije Universiteti tələbəsi Fatimə Gülmalıyeva, Amerikanın Pensilvaniya Universiteti məzunu Aydın İmranov və Türkiyənin Sağlık Bilimleri Universiteti tələbəsi Şəms Həsənli xaricdə təhsil aldıqları müddətdə qazandıqları təcrübələrini iştirakçılarla bölüşəcək.

 

“ROOF Academic Training” şirkətinin təsisçisi Rüfət Hüseynzadə “Finiş Nöqtəsi” panelinin moderatoru olacaq. PhD Kouç və Etisist, ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və Birləşmiş Krallığın Nottinqem-Trent Universitetinin məzunu Vüqar Sadiq, “Rabitəbank”ın marketinq rəhbəri, Çinin Beynəlxalq Biznes və İqtisadiyyat universiteti məzunu Orxan Salayev, Menecment konsultant, ABŞ-ın Kellogg biznes məktəbi və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin məzunu Ələkbər Eyvazlı “Parlaq Gələcək Üçün” fikir mübadiləsi aparacaq, iştirakçıların suallarını cavablandıracaqlar.