Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 09:59:00
“Brend tələbə”dən ixtisas seçiminə dair vacib detal: “Dünyaya çıxış...”  


AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.


Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.


Budəfəki müsahibimiz isə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Atabəy Rəşidlidir.

 

O qeyd edib ki, imtahanda yüksək nəticə əldə etmək üçün imtahan veriləcək fənləri çox yaxşı və diqqətli öyrənmək lazımdır:

 

“Xüsusən də abituriyentlərin seçim etdiyi qrupa aid olan - blok fənlərinin üzərində xeyli çalışmaq lazımdır. Unutmamaq lazımdır ki, bizə ən çox bal verən elə məhz ixtisasımıza uyğun fənlərdir. Həmçinin, imtahana bir neçə gün qalmış gözəl istirahət etməkdə önəmli nüanslardandır.Abituriyentlər həm beyinlərini, həm də ruhlarını sakitləşdirləmidirlər. Onlarda özgüvən olmalıdır ki, lazımsız stress keçirmədən, sualları oxuyub, dərk edə bilsinlər”.

 

A.Rəşidli ixtisas seçimi ilə bağlı da öz fikirlərini dilə gətirib:

 


“Bu prosesdə ən önəmli nüanslardan biri abituriyentlərin seçim edəcəyi ixtisas və universitetləri yaxşı araşdırmalarıdır. Gələcəkdə həmin universitetin diplomu ilə hansı şirkətlərə müraciət edə biləcəkləri, seçdikləri ixtisasa əmək bazarında nə dərəcədə ehtiyacın olub-olmaması barədə məlumatlı olmaq onlara proses zamanı çox kömək edəcək. Müəyyən bir müddət təhsil alacaqları ali məktəbin dərslərin keçirildiyi keyfiyyəti barədə əvvəlcədən məlumatlı olmaq da önəmlidir. Bilməlidirlər ki, həmin universitet dünya bazarına çıxan savadlı kadr hazırlaya bilir, ya yox”.