Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 15:16:03
Səbuhi Məmmədlinin SON DURUMU: komatoz vəziyyətdədir  

Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır stabil olaraq qalır.

 

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, bu gün APA Media Groupun rəhbərliyi jurnalistin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə görüşüb.


Bildirilib ki, reanimasiyada müalicəsi davam etdirilən jurnalist hələ də komatoz vəziyyətdədir və kənar təsirlərə reaksiya vermir.

Xəstənin komatoz vəziyyətdən çıxması üçün lazım olan bütün zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

 

Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti sonradan ağırlaşıb.
Dərhal reanimasiyaya yerləşdirilən jurnalistin durumu ağır qiymətləndirilir.

 

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.