Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 15:54:26
DİM daxili müsahibələr barədə məlumat yayıb

 

4 avqust 2023-cü il tarixindən 3 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatına uyğun olan vəzifələrin tutulması məqsədilə  daxili müsahibə elanı verilib. 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, ümumilikdə Kənd Təsərrüfatı Nazirliyində 5, Qida Təhlükəsizliyi Agentliyində 3 və Dövlət Turizm Agentliyində 2 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

 

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsidir.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

 

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

  • 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 4 avqust 2023-cü il tarixindən 18 avqust 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.