Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 10:25:00
"İnsan kapitalı" İşçi Qrupunun növbəti iclası...

Avqustun 11-i saat 15:00-da Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun onlayn formatda növbəti iclası keçiriləcək.


Nazirlikdən AzEdu.az-a bildirilib ki, maraqlanan şəxslər, dövlət və özəl sektor nümayəndələri müvafiq linkə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və “Təklif göndər” bölməsi vasitəsilə təkliflərini yaza bilərlər.



Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "Onlayn müraciət (
https://azranking.az/online-apply)" bölməsində də ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasına dair təklifləri qeyd etmək mümkündür.



Yekunda təkliflər komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticə barədə qarşı tərəfə məlumat göndərilir.