Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 11:02:01
Ötən ay BŞTİ-yə 18 538 müraciət daxil olub

İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 538 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 12 334 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 633 müraciət daxil olub.

 

BŞTİ-yə 2 096 sənəd (vətəndaşlar tərəfindən 425 ərizə, Elm və Təhsil Nazirliyindən 259, digər qurumlardan 154, tabelikdə olan təhsil müəssisələrindən 355 məktub və 903 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 475 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.