Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 14:35:55
BMU- nun tələbələri “Yay məktəbi”ndə...

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (İDP) 118 nəfər tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik “Yay məktəbi”ndə iştirak edəcək.

 

AzEdu.az xəbər verir ki, ümumilikdə 3 qrup olmaqla, 27 və 30 iyul tarixlərində mərhələli şəkildə yola düşən tələbələrə BMU-nun Mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyev, Riyaziyyat kafedrasının müdiri, professor Rakib Əfəndiyev, Riyaziyyat kafedrasının doktorantı Davud Orucov rəhbərlik edir.

 

Koreyanın İnçon şəhərində 31 iyul - 18 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas komponentlərindən biridir.