Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-22 17:36:00
Təkrar ali və orta ixtisas təhsili üzrə sənəd qəbulu...

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili növü üzrə sənəd qəbulu prosesi davam edir.


Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Sənəd qəbulu prosesi avqustun 31-i saat 18:00-da bitəcək.


Qəbul qaydaları nazirliyin saytında yerləşdirilib.