Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 12:00:00
Bağçaya qəbul üçün tələb olunan SƏNƏDLƏR

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi iyulun 25-dən etibarən başlayacaq. Bəs qeydiyyat üçün tələb olunan sənədlər hansılardır?

 

AzEdu.az xəbər verir ki, valideyn (qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün aşağıdakı sənədləri məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir:


 - şəxsi kabinetdən çap olunmuş elektron ərizə;


 - valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edənsənədin surəti;


 - uşaqların mübadilə vərəqəsi;

 - uşağın şəxsiyyət vəsiqəsinin surəti;


 - uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;


 - uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.