Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 11:43:00
Bağçalara qeydiyyat iyuldan BAŞLAYACAQ

Azyaşlı övladını bağçaya yazdırmaq istəyən valideyn müraciətlərinin sayı-hesabı yoxdur.

Valideynlər demək olar ki, hər gün bağçalara qeydiyyat səhifəsinin nə zaman aktivləşəcəyi ilə maraqlanır, bununla bağlı saytımıza çooxsaylı suallar ünvanlayırlar.

 

Elm və Təhsil Nazirliyindən bu məsələ ilə bağlı AzEdu.az-a verilən məlumata görə, uşaq bağçalarına qəbul üçün elektron qeydiyyat iyul ayında başlayacaq.

 

"Dəqiq tarix isə yaxın zamanlarda ictimaiyyətin nəzərinə çatdırılacaq".

 

Əlavə olaraq qeyd edək ki, may ayından bağçalara qəbul müvəqqəti dayandırılıb.

 

Bağçaya qeydiyyat saytı: bq.edu.az