Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 15:46:14
28 məmur vəzifəsinə işçi axtarılır

Daxili müsahibə elan edilən vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 24-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 

 

Ümumilikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 14, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 13, Dövlət Turizm Agentliyində 10, Dövlət Statistika Komitəsində 9, Hesablama Palatasında 3, Maliyyə Nazirliyində 2 və Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

 

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.

 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 18 iyul 2023-cü il tarixindən 28 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.