Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 15:39:00
Musiqi sənəti üzrə qabiliyyət imtahanlarına start verilib

17 iyul tarixindən etibarən Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin ixtisasları üzrə qabiliyyət imtahanlarına start verilib. İmtahanlar Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, ilk günlərdə instrumental ifaçılıq (18, 19, 20, 21-ci QİK), musiqişünaslıq (30-cu QİK) və vokal sənəti (25-ci QİK) ixtisasları üzrə imtahanlar keçirilir.

 

İmtahanlar 21 iyul tarixinədək davam edəcək.

 

Qeyd edək ki, 14 iyul tarixində Lənkəran Dövlət Universitetinin, 15 iyul tarixində Gəncə Dövlət Universitetinin musiqmüəllimliyi ixtisası üzrə qabiliyyət imtahanları keçirilib.

 

24-26 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası üzrə ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin musiqi istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.

 

İmtahanların qrafiki ilə DİM-in internet səhifəsindən tanış olmaq mümkündür.