Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 17:04:00
DİM qabiliyyət imtahanı ilə bağlı statistika YAYDI

Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, dizayn və təsviri incəsənət müəllimliyidir.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət imtahanlarının keçirilməsinə iyunun 18-dən etibarən start verilib.

 

Ali təhsil səviyyəsi üzrə statistik göstəricilərə baxsaq, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən bu ixtisaslar arasında abituriyentlərin daha çox dizayna (sahələr üzrə) və dekorativ-tətbiqi sənətə maraq göstərdikləri məlum olur. Bu il ali təhsil səviyyəsinə aid 14-cü (dizayn) komissiya üzrə 2482, 15-ci (dekorativ-tətbiqi sənət) komissiya üzrə 735 abituriyent qeydiyyatdan keçib.

 

 

Bu ixtisaslar üzrə qabiliyyət imtahanı fənni olan rəsm imtahanında A2 formatlı kağız üzərində karandaşla naturadan gipsdən olan antik başın rəsmi çəkilir. Dekorativ-tətbiqi sənət ixtisası üzrə abituriyentlər rəngkarlıq fənnindən də imtahan verirlər. İmtahanların nəticəsi 10 ballıq şkala üzrə qiymətləndirilir. “Müvəffəq” qiymət almaq üçün abituriyentin nəticəsi 6 bal və daha yuxarı olmalıdır.

 

 

14-cü komissiya üzə qabiliyyət imtahanları artıq başa çatıb. 2482 abituriyentdən 462 nəfəri imtahana gəlməyib. Nəticələrə əsasən 606 nəfər imtahanda müvəffəq qiymət alıb. Yerinə yetirilən işlərin 12-si 9 bal, 83-ü 8 bal, 147-si 7 bal, 364-ü 6 balla qiymətləndirilib. 1414 nəfər 6 baldan aşağı qiymət alıb.

 

Qeyd edək ki, dizayn ixtisasına xüsusi qabiliyyət imtahanı tələb edən ali təhsil müəssisələri üzrə 450, xüsusi qabiliyyət imtahanı tələb etməyən ali təhsil müəssisələri üzrə isə 350 plan yeri nəzərdə tutulub. Ümumilikdə 800 plan yerindən 200-ü dövlət sifarişli yerlərdir. Dövlət sifarişinin yerləri xüsusi qabiliyyət tələb edən və xüsusi qabiliyyət tələb etməyən ixtisaslar arasında plan yerlərinin nisbətinə uyğun bölünür.

 

15-ci komissiya üzrə 735 abituriyentdən 48 nəfəri rəsm imtahanına gəlməyib. Rəsm imtahanından müvəffəqiyyətlə keçən 221 nəfər rəngkarlıq imtahanında iştirak edib. Onlardan 164 nəfər (8 nəfər 9 bal, 50 nəfər 8 bal, 64 nəfər 7 bal, 42 nəfər 6 bal) müvəffəq qiymət alıb.

 

Dekorativ-tətbiqi sənət ixtisası üzrə 80 plan yeri nəzərdə tutulmuşdur ki, bunlardan 55-i dövlət sifarişli yerlərdir.

 

14-cü və 15-ci komissiyanın rəsm fənni üzrə apellyasiya müraciətlərinə baxılması üçün 5-7 iyul tarixlərində abituriyentlərin onlayn qeydiyyatı aparılıb və 569 nəfər abituriyent qeydiyyatdan keçib. 181 nəfər “Zoom” proqramı, 388 nəfər isə telefon vasitəsilə onlarla əlaqə yaradılmasını istəyib. 11 iyul tarixindən etibarən telefon vasitəsilə əlaqə yaradılmasını seçən abituriyentlərin müraciətlərinin baxılmasına başlanılıb. Apellyasiya üçün müraciət etmiş bütün abituriyentlərlə növbəli şəkildə əlaqə saxlanılacaq.

 

Abituriyentlərin nəzərinə çatdırırıq ki, A2 formatlı rəsm işlərinin fotosurəti onların qeydiyyatdan keçdikləri səhifələrində, nəticələri ilə birlikdə yerləşdirilir. A3 formatlı rəsm işləri isə Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

 

Dizayna (ADAU) aid digər 87-ci komissiya üzrə 221 nəfər qeydiyyatdan keçib. Bu komissiya üzrə imtahanlar hələlik başlamayıb. 10-cu (Rəngkarlıq), 11-ci (Qrafika), 12-ci (Heykəltəraşlıq) və 67-ci (Rəngkarlıq, NDU) komissiyalar üzrə müvafiq olaraq 237, 304, 42, 41 nəfər qeydiyyatdan keçib və 11-ci komissiya istisna olmaqla, digər imtahanlar hələlik başlamayıb.

 

Aşağıdakı cədvəllərdə hər bir təhsil səviyyəsi üzrə 12 iyul tarixinə olan statistik məlumatlarla daha ətraflı tanış ola bilərsiniz:

 

 

Ali təhsil səviyyəsi üzrə

Komissiya

 Ümumi say 

 İmtahanı yekunlaşıb 

 Müvəffəq qiymət alıb 

 6 baldan aşağı top. 

 İmtahana gəlməyib 

Qeyd

 10 (Rəngkarlıq)

237

-

-

-

-

 Başlamayıb 

 11 (Qrafika)

304

-

46

159

99

Davam edir

 12 (Heykəltəraşlıq)

42

-

-

-

-

Başlamayıb

 13 (Təsviri incəsənət müəllimliyi)

1290

-

-

-

-

Başlamayıb

 14 (Dizayn)

2482

2020

606

1414

462

Başa çatıb

 15 (Dekorativ sənət)

735

221

164

30

27

Başa çatıb

 67 (Rəngkarlıq, NDU)

41

-

-

-

-

Başlamayıb

 70 (Təsviri incəsənət müəllimliyi)

97

-

-

-

-

Başlamayıb

 81 (Təsviri incəsənət müəllimliyi)

370

-

-

-

-

Başlamayıb

 87(Dizayn)

221

-

-

-

-

Başlamayıb

 89 (Təsviri incəsənət müəllimliyi)

100

79

56

23

21

Başa çatıb

 

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə

Komissiya

 Ümumi say 

 Məqbul 

 Qeyri-məqbul 

 İmtahana gəlməyib 

Qeyd

 1601 (Təsviri sənət (İncəsənət Kolleci-ADRA))

567

-    

-

      -

 Başlamayıb 

 1602 (Təsviri sənət)

469

-    

-    

      -

Başlamayıb

 1604 (Dizayn)

250

-

      -

      -

Başlamayıb

 1607 (Dizayn)

38

7

8

23

Başa çatıb

 1701 (Heykəltəraşlıq (İncəsənət Kolleci-ADRA))

36

-    

      -

      -

Başlamayıb

 

 

 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə

Komissiya

 Ümumi say 

 Məqbul 

 Qeyri-məqbul 

 İmtahana gəlməyib 

Qeyd

 210 (Təsviri sənət (İncəsənət Kolleci-ADRA))

643

132

400

111

Başa çatıb

 211 (Təsviri sənət)

522

249

92

38

Davam edir

 212 (Heykəltəraşlıq (İncəsənət Kolleci-ADRA))

45

7

27

11

  Başa çatıb

 311 (Təsviri sənət)

31

-

-

-    

Başlamayıb

 411 (Təsviri sənət)

184

-

-

-    

Başlamayıb

 511 (Təsviri sənət)

48

-

-

-    

Başlamayıb

 711 (Təsviri sənət)

62

14

32

16

      Başa çatıb