Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 11:25:00
Jurnalistikaya imtahan verənlərlə bağlı MƏLUMAT

Məlum olduğu kimi, “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. 

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni nə zaman əldə edə biləcəkləri barədə suallar ünvanlayırlar.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər “Jurnalistika” ixtisası üzrə “İmtahana buraxılış vərəqəsi”ni müsabiqəyə 3 gün qalmış əldə edə biləcəklər.

 

Qeyd edək ki, “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı 31 iyul tarixində yekunlaşıb.