Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 12:12:04
Subbakalavrları bakalavra yüksəldə bilirikmi? –Bir çox rektor narazıdır”  

 

 Məlumdur ki, bir çox aşağı bal toplayan abituriyentlər kolleclərə sənəd verir. Oradan məzun olduqdan sonra isə universitetə heç bir imtahan vermədən qəbul olunurlar. Bəs onlar universitetdə oxuduqları müddətdə ixtisaslarını yetərincə mənimsəyə bilirlərmi?

 

Mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən təhsil eksperti Ramin Nurəliyev subbakalavrların diqqət etməli olduğu əsas məqamlardan, universitetin və onların bakalavr təhsili boyunca yaşadığı çətinliklərdən söz açıb:

 

 No description available.

 

“Bəli, qəbul prosesində zəif bal toplayan abituriyentlər universitetlərə qəbul ola bilmədikləri halda kolleclərə müraciət edir. 11-ci sinifdən Kollecdə iki il oxuduqdan sonra subbakalavr dərəcəsi alır və ÜOMG balı ilə subbakalavr kimi universitetlərə imtahansız müraciət etmək hüququna malik olur.

 

Amma burada şərt nədir? Dövlət İmtahanı Mərkəzi qaydalarına əsasən ilk növbədə abituriyentlərin qəbul imtahanlarındaki ballarına əsasən qəbulu aparılır, əgər həmin ixtisaslar üzrə boş yerlər qalarsa, subbakalavrların ÜOMG balına müvafiq olaraq qəbulu aparılır.

 

 

Ekspert ilk növbədə qeyd edir ki, əsas diqqət olunmalı məqam kollec və ixtisas seçimidir:

 

“Bu proses eynilə 9-cu sinifdən kolleclərə qəbul olunanlara da kolleci bitirdikdən sonra şamil edilir. Burada əsas məqam nədir? Abituriyent kollec seçimi edərkən çox diqqətli olmalıdır. Elə ixtisas seçimi etməlidir ki, gələcəkdə həmin ixtisas üzrə subbakalavr kimi universitetə qəbul oluna bilsin. Məsələn, tibb bacısı ixtisası seçən subbakalavr bu vaxta kimi ali məktəblərə qəbul ola bilməyib. Keçən ilə kimi III qrupa aid ixtisaslar üzrə subbakalavrlar universitetə qəbul ola bilmirdi. Keçən il III qrupda balların düşməsi ilə subbakalavrlar rahatlıqla məktəbəqədər təhsil üzrə ali məktəblərə qəbul imkanı əldə etdilər. Həmçinin kompüter ixtisasları üzrə bitirən subbakalavrların bir çoxu keçən il I qrupda balların qalxması ilə ali məktəblərə qəbul olmaqda çətinlik çəkdilər.

 

Gələcəkdə ali təhsil almaq istəyərək kolleclərə müraciət edən abituriyentlər bilməlidir ki, ən rahat, ən yaxşı ixtisas II qrupa aid olan ixtisaslardir. İqtisadiyyat yönümlü ixtisaslarda yerlər çox olduğu üçün subbakalavrlar daha rahat universitetə qəbul imkanı əldə edir. Bununla yanaşı, turizm ixtisası, qida texnologiyaları, rabitə sahəsinə aid ixtisaslarda qəbul şansları asan olur. Ümumiyyətlə, II qrup ixtisaslarında universitetlər qəbul çox rahat, IV qrup tibb ixtisaslarında mümkünsüz, I qrup ixtisaslarının kompüter yönümlü ixtisaslarda çətin, digər ixtisaslarda orta asan, III qrup ixtisasları keçən ilə kimi çətin olub. Tövsiyə olunun II qrup ixtisaslaridir”.

 

 

Müsahibimiz bununla yanaşı, universitetlərə qəbul olan subbakalavrlarla bağlı bəzi çətinlikləri də dilə gətirdi:

 

 

“Həm savadlılıq dərəcəsinin zəifliyi, dərslərdə nəticələrin aşağı olması, bir çox subbakalavrların üniversitetə qəbul olduqdan sonra işləməsi, qiyabi ixtisasa qəbul imkanı olmayan subbakalavrlar məcbur əyani qəbul olur, işlədikləri üçün təhsilini ya yarımçıq qoyur, yaxud da universitetlə problemlər yaşayırlar. Buna görə də universitet rəhbərləri subbakalavrlardan narazılıq edirlər. Bunu son illərdə DiM sədri də mətbuat çıxışında ifadə etdi.

 

Bu da məlumdur ki, subbakalavrin universitetlərə qəbul olduqdan sonra transferi (köçürülməsi) məhduddur. Subbakalavrlar ancaq öz universiteti daxilində əyanidən qiyabiyə və yaxud qiyabidən əyaniya transfer oluna bilər. Başqa universitetə transfer oluna bilməz və ixtisasını dəyişə bilməz. Bu da hazırda subbakalavr üçün ən böyük problem kimi səsləndirilir”.

 

R.Nurəliyevin sözlərinə görə, hazırda bir çox universitet rəhbərliyi subbakalavrların təhsilindən narazıdır:

 

“Bu da subbakalavrların qəbul olunduqdan sonra işləməsi ilə əlaqədardır və iş həyatının yetərincə təhsilə maneə törətdiyi ifadə edilir”.