Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 11:01:25
MİQ-lə bağlı bu fənlər üzrə apellyasiya müraciətləri başladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin informatika, fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

 

Təhsil İnstitutundan AzEdu.az-a verilən xəbərə görə, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

 

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.