Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 16:57:00
Müəllimlər üçün tutulmayan vakant yerlərin aqibəti NECƏ OLUR...

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin nəticələrindən imtinaların fərqli səbəbləri var. Bəziləri məlumatsız olduqlarını, bəziləri isə qəbul olduqları məktəblərin harada yerləşdiyini  bilmədiklərini deyərək, müxtəlif bəhanələr irəli sürür.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.


"İmtinaların sayı o qədər də çox deyil. İmtinaların fərqli səbəbləri var. Bəziləri məlumatsız olduqlarını və ya qəbul olunduqları məktəblərin harada yerləşdiyini bilmədikləri kimi bəhanələr irəli sürür. Ancaq Elm və Təhsil Nazirliyinin Məlumat Mərkəzi hər zaman bununla bağlı informasiya verib",- deyə o vurğulayıb. 

 

"Xüsusilə ucqar yerlərdə yerləşən vakant yerlərimiz olur. Əgər müsabiqədən keçmiş müəllimlərə istinad edərək vakant yerlərə namizəd təqdim edə bilmiriksə, bu zaman Regional Təhsil idarəsini bu barədə məlumatlandırırıq. Deyək ki, ən yaxın kənddən müəllim dəvət etməklə bu vakant yerin aradan qaldırılması mümkündürsə, qeyd etdiyim hallara yol verilir”.

 

Qurum rəsmisinin sözlərinə görə, MİQ nəticələrindən imtinalar kütləvi deyil: “Bir namizəd MİQ nəticəsindən imtina edirsə, o, həmin təhsil ilində çalışa biləcəyi digər vakant yerləri də itirmiş hesab olunur".

 

"MİQ ilə bağlı keçid balını açıqlamaq tezdir. Sabahdan etibarən baş tutacaq test imtahanlarının nəticələrinə əsasən keçid balı açıqlanacaq”, - deyə N.İsmayılbəyli qeyd edib.