Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 13:17:29
AzMİU tələbələri peyk müsabiqəsinin finalında iştirak edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsi keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, finala yüksələn ən güclü 8 komanda arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “PİTech” komandası da olub.

 

Müsabiqə Daxili Qoşunların Hacıqabul şəhərindəki hərbi hissəsinin açıq poliqonunda baş tutub. Finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib və onları 200 metr yüksəklikdən səmaya buraxıblar.

 

AzMİU-nun “PİTech” komandası müsabiqədə uğurlu iştiraka görə hədiyyələrə layiq görülüb.