Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 09:00:00
Magistraturaya ixtisas seçiminin nəticəsi nə zaman açıqlanacaq? - DİM-dən CAVAB

Xəbər verdiyimiz kimi, magistraturaya ixtisas seçimi 2023-cü il iyulun 6-dan başlayıb və iyulun 13-dək (saat 23:59-dək) davam edəcək.

 

Namizədlərin çoxunun ünvanladıqları suallardan biri ixtisas seçiminin nəticəsinin nə zaman açıqlanacağıdır.

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, magistratura səviyyəsi üzrə ixtisas seçiminin nəticəsi proses  bitdikdən sonra iki-üç gün ərzində elan olunacaq.

 

Xatırladaq ki, ixtisaslaşma seçiminə magistraturaya 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.