Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-11 15:00:06
Magistratura imtahanından 1 nəfər xaric edilib

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, ilkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

 

Qeyd edək ki, imtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.