Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 09:48:00
Magistratura imtahanı verənlərin nəzərinə - jurnal bu tarixdə çıxacaq

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 11 iyun tarixində magistratura səviyyəsi üzrə 2-ci cəhd imtahanını keçirdi.

 

DİM-dən bildirilib ki, magistratura üzrə ixtisas seçimi 4 nömrəli jurnal əsasında aparılır.

 

Bəs 4 nömrəli jurnalın nəşri nə zaman nəzərdə tutulur ?

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata əsasən, «Magistr» jurnalının 4-cü nömrəsi iyulun əvvəli nəşr olunacaq.