Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-09 18:00:00
“Təhsildəki problemlərin açar nöqtəsi müəllimlərdir” - Sektor müdiri narahatdır!

“Təhsil həm də ictimai-sosial prosesdir. Bu prosesin insanlar tərəfindən qəbullanılması və dəstəklənilməsi olduqca önəmlidir. Təhsilin ictimai-sosial aspekti fərdi yox kollegial yanaşma tələb edir”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Mustafazadə deyib.

 

Qurum rəsmisi bildirib ki, təhsillə bağlı təhlillər fərdiləşir və cəmiyyətə subyektin yanaşması kimi təlqin olunur:

“Bəzən də hər kəsin bildiyi sadə həqiqətlər bir cəsarət sahibinin dilindən çıxanda tufan qopur. Ölkə təhsilinin problemləri var. Amma biz bu problemlərin həllində çətinlik çəkirik. Çünki bu problem milliləşmir, fərdiləşir.

 

A.Mustafazadə təhsildə bütün problemlərin açar nöqtəsinin müəllimlər olduğunu düşünür.

“Nə danışsaq da, ən son həll müəllimlərdir. Hər kəs övladlarının inkişafını təmin edən müəllim sevdasındadır. Amma imtahanda uğur qazanmayan insanlar həlli daha yaxşı çalışmaqda deyil, alternativlərdə görür. Bu kimi çox misal var.

Qısacası, milli yox, fərdi qərarlar verir, fərdi addımlar atırıq. İnkişafın təməli fərdlərin fikirlərinin deyil, düşüncə sahiblərinin ideyaları üzərində qoyulur”.

 

Sektor müdiri son olaraq əlavə edib ki, insanların nə dediyinə deyil, nə demək istədiyinə önəm vermək aqillikdir.