Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-01 10:40:27
Müəllimlər də müəllim yanına gedirmiş !Sertifikasiyanın görünməyən üzü  

 

 

“Bu günlərdə 2 tanış müəllimi gördüm, salamlaşdıq, söhbət əsnasında məlum oldu ki, sertifikasiya imtahanına hazırlıq üçün kursdan, repetitor yanından qayıdırlar. Müəllimlər də müəllim yanına gedirmiş yəni”.

Bunu  AzEdu.az-a sosioloq - jurnalist  Lalə Mehralı deyib. O qeyd edib ki, müəllimlərin sertifikasiya nəticələri də paylaşılır bu aralar sosial şəbəkələrdə, imtahandan çıxan müəllimlərin sevinci əks olunur görüntülərdə:

 

“Aralarında gənc müəllimlər də var, 55-60 yaşlı müəllimlər də. Müəllimlər imtahanda yığdıqları yüksək bala ona görə sevinirlər ki, maaşları artacaq. Təsəvvür edin, 50-60 yaşlı müəllim maaşı artacaq deyə biliyinin test edilməsi rəzalətinə qatlaşmalıdır. Bilik test edəsi potensiala malik müəllimlərin biliyi yoxlanır.


Prosesdən sonra sertifikasiyadan müvəffəqiyyətlə keçən müəllimlərin əmək haqqına müvafiq qaydada əlavələr olunacaq. Nəticə etibarilə belə çıxır ki, 60 yaş və daha yuxarı yaşı olan müəllimlər bu prossesdən könüllü və ya könülsüz iştirakdan imtina etsə əmək haqqının stimullaşdırıcı hissəsi onlara şamil olunmayacaq. Amma 60 yaşdan yuxarı müəllimlər könüllü şəkildə imtahanda iştirak edə, əməkhaqqına əlavə ala bilərlər. Sertifikasiyadan 30-50 bal yığan müəllimlər 10%, 51-60 bal yığanlar isə 35% artım alacaqlar.


20-30 ildir müəllim işləyən müəllimlərin imtahanına niyə ehtiyac görülür? Təkmilləşməsinə, peşə yeniliklərindən yararlanması, maaş artımı üçün olduğu iddia edilir, lakin illik seminar və kurslarla da bunu etmək olardı. 30 ildir şagird hazırlayan, özü məktəb olan müəllimi kimlər, niyə, nə üçün imtahana çəkməlidir? Nazirlik universitetlərin verdiyi təhsilə güvənmir demək, verdiyi diplomun sertifikasiya təsdiqini gözləyir”.

 

 Ət festivalı - SOSium | TVPress


Həmsöhbətimiz diqqətə çatdırıb ki, müəllimlər sertifikasiya ərəfəsində başlarını itirirlər:

 

 

“ Məcburən məktəbdəki dərslərini atırlar bir kənara, imtahana hazırlaşırlar. Əgər müəllimləri imtahan edəcəksə o zaman müvafiq nazirlik bunun üçün imkan və şərait yaratmalıdır müəllimə. Pullu kurs yerinə dövlət kursları, imtahana salınacaq mövzu siyahısı, vahid kurikulum-metodika vəsaiti və sınaq imtahanları təqdim etməlidir. Ekspertlər fənlər üzrə imtahanlar, orada istifadə olunacaq testlərin mahiyyətini izah etməlidir. Müəllim, məktəb şagirdi qəbul imtahanına hazırlaşdığı kimi imtahana hazırlaşmamalıdır, o öz imtahanını zamanında verib, illərdir müəllimlik edərək biliyini də sübut edib, əməkhaqqı da bu illərinə görə hesablanmalı, gənc həmkarından daha yüksək məvacib almalıdır. İşə qəbul mərhələsində gənc kadrlar onsuz da MİQ imtahanına girir, biliyinin sayəsində iş yeri qazanır. 50-60 yaşındakı müəllimin biliyini yoxlamaqda məqsəd nədir?


Sertifikasiyaya heç bir ali məktəbdə öyrədilməyən materialların salınması da çox absurddur. Repetitor köməyi ilə sertifikasiyaya hazırlaşan müəllimlər bu material barədə məlumatlı olur, bəs repetitorsuz hazırlaşan müəllimlər?!”

                  

 

Sosioloq təklif edir ki, sertifikasiya aparılırsa, o zaman bütün təhsil işçiləri – müvafiq nazirlik də daxil imtahandan keçsin:

 

 

“Müəllimə heç bir təlim, treninq təşkil etmədən sertifikasiyaya göndərmək doğru deyil. Hər gün bir sistem tətbiq edilən təhsilimiz oyuncaq olmamalıdır. Baloniya, kurikulum sistemləri tətbiq edilirsə, məktəblərdə bu sistemlərin tətbiqi üçün müvafiq şərait yaradılmalıdır. Nazirlik məktəblərin böyük əksəriyyətində kurikulumla tədris aparmaq üçün avadanlıqların, kompüterlərin, digər resursların olmadığını bilmir?

 

 


Sertifikasiyada 50-dən çox bal yığan müəllimlər, əlbəttə alqışlanmalıdır. Lakin 30-40 bal yığan müəllimlərə qarşı olan stiqma da yığışdırılmalıdır. Müəllim də insandır, imtahan ərəfəsində həyəcanlana, texnoloji bacarıqlarının az olması səbəbindən kompyuterləşdirilmiş imtahana adaptasiya ola bilməyə də bilər. Azərbaycan təhsili tək 50 baldan yuxarı toplayan müəllimlərin nəticəsi üzərində qurulmayıb. Şagirdi öyrətmək, yaxşı pedaqoq olmaq bala görə müəyyən edilmir, edilməməlidir. Siz o müəllimin sinifdəki performansının, universitetə qəbul olan şagirdlərinin sayını öyrənin”.