Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 10:29:42
Sosial iş nədir və bu ixtisas üzrə harada çalışmaq olar? – İZAH  

 

 

Azərbaycanın bir çox universitetində sosial iş ixtisası tədris olunur. Ancaq bir çox valideyn və abituriyent ixtisas seçimi edərkən bu ixtisasdan yan keçirlər. Bunun əsas səbəbi isə onlar sözügedən fəaliyyət sahəsi ilə bağlı məlumatsız olmasıdır.

 

 

AzEdu.az sosial iş ixtisası ilə bağlı valideynləri və abituriyentləri maraqlandıran məqamlara aydınlıq gətirir.

 

 

Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF) tərəfindən sosial iş üçün 2014-cü ildə aşağıdakı tərif qəbul edilib:

 

2014- cü il- Sosial iş, təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan haqları, sosial ədalət, kollektiv məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri sosial işin mərkəzində dayanır. Sosial iş və sosial elmlərlə bağlı nəzəriyyələrin, humanitar və instinktiv biliyin dəstəklədiyi sosial iş insanlarla, habelə həyat problemlərinin həllinə və rifahın artırılmasına ünvanlanan strukturlarla məşğul olur.

 

Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər dahа yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə ( yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS- ə yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslər) həm yardım edərək, onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrinin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial işçinin çalışdığı qruplar:

 

  • Valideyn himayəsindən məhrum olmuş uşaqlar
  • Küçə uşaqları
  • Qanunla münaqişədə olan insanlar → Tǝk valideynlər
  • Əlilliyi olan insanlar
  • Qaçqın və məcburi köçkünlər
  • Təbii fəlakət qurbanları
  • Zorakılığa ( ailə, məişət, fiziki, cinsi) məruz almış insanlar və s.

 

 

 

 

 Bu ixtisas sahibi nə işlə məşğul olur? ( iş öhdəlikləri)

 

 

 

  • “Keys menecment” prosesini həyata keçirir ( sosial xidmətə ehtiyacı olan insanların vəziyyətini qiymətləndirmək, onların rifahını yaxşılaşdırmaq üçün birlikdə inkişaf planı tərtib etmək, planda nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsində müraciətcilərə dəstək olmaq) ;
  • Həsas qrupdan olan insanların hüquqlarının qorunması üçün ictimai vəkilliyini etmək ;
  • Sosial problemlərin aradan qaldırılması üçün makro səviyyədə təkliflər irəli sürmək.

 

 

 

 

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar ( kompetensiyalar)

 

 

 

  • Müraciətçi ilə peşəkar işgüzar münasibətlər qurmaq ;
  • Güclü tərəfləri və ehtiyacları müəyyən etmək, dəyərləndirə bilmək bacarığı ; Müvafiq və həlledici addım atmaq bacarığı ;
  • Mürəkkəb məlumatları təhlil etmək bacarığı ;
  • Böhran vəziyyətinə anında müdaxilə və erkən müdaxilələrlə bağlı xidmət və strategiyaları tətbiq etmək bacarığı ;
  • Dinləmək bacarığı ;
  • Asanlıqla uyğunlaşa bilmək ( adaptasiya bacarığı) ;
  • Ədavətli və ya inadkar olan könülsüz müştərilərlə işləmək bacarığı ;
  • Terapiya bacarıqları ;
  • Müxtəlifliyi anlamaq ;
  • Sərhəd qoya bilmək ;
  • Ətrafdakı stress amillərini anlamaq.

 

 

Bu ixtisas üzrə harda çalışmaq olar?

 

 

 

Sosial işin əsas fəaliyyət sahələri:

 

  • Dövlət Strukturları
  • Tibbi qayğı müəssisələri
  • Ailə və uşaq rifahı mərkəzləri
  • Reabilitasiya mərkəzləri
  • Tərbiyə müəssisələri

 

 

 

Bu ixtisas üzrə harda təhsil almaq olar?

 

 

 

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti (Qazax filialı)

Azərbaycan Dövlət İqtisadiyyat Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı, Quba, Şəki filialları)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

“Azərbaycan” Universiteti

Bakı Avrasiya Universiteti

“Odlar Yurdu” Universiteti

Bakı Biznes Universiteti

Qərbi Kaspi Universiteti

“Naxçıvan” Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası