Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 12:59:31
Bağçada qanunsuzluq! - Müdir işdən çıxarıldı

Mingəçevir şəhəri 10 nömrəli körpələr evi-uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işinin başlanılmasına dair sosial şəbəkələrdə məlumat yayımlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.

 

Belə ki, Mingəçevir şəhəri 10 nömrəli körpələr evi-uşaq bağçasında İdarə tərəfindən sözügedən neqativ hallarla bağlı 2023-cü ilin fevral ayında yoxlamalar aparılıb və yoxlamanın nəticəsinə əsasən qeyd olunan bağçanın müdiri Cəfərova Natəvan Bəhərçin qızı Elm və Təhsil Nazirliyinin 10 mart 2023-cü il tarixli, müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad olunub.

 

Qeyd edilib ki, İdarə tabeliyində olan təhsil müəssisələrində baş vermiş neqativ və qanunsuz halları pisləyir, bunun yolverilməz olduğunu vurğulayır, həmçinin bu kimi hallara səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, monitorinqlərin həyata keçirilməsi və aşkar edilmiş nöqsanların və hüquqpozmaların səbəblərini müəyyənləşdirərək onların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür.