Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:03:00
Lisey və gimnaziyalara qəbulun nəticələri bilindi

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyaların 8-ci sinfinə mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a verilən xəbəər görə, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıb.

 

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər 4 iyul 2023-cü il saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

 

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun 2023-cü il saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.