Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-18 13:30:00
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - YENİLƏNİB

Bu gün hər hansı səbəbdən 2023-cü il mayın 7-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.

 

Bu barədə AzEdu.az- Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Qeyd olunub ki, imtahanda 1154 nəfərin iştirakı gözlənilirdi.

 

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.

 

İyunun 19-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

 

***

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilmiş imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirir. İmtahanda 1154 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Bakı şəhərində 5 binada təşkil olunur. İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

-oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

 

İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi cəlb edilib.