Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 14:23:00
UNEC kitabxanasının statistikası - Gecə oxucularının sayı 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanası Azərbaycanda həftənin 7 günü 24 saat işləyən ilk akademik kitabxanadır.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru Ədalət Muradov 1-14 iyun üzrə 24/7 kitabxanası üzrə statistik göstəriciləri təqdim edib:

 

 

Oxucuların sayı – 14262 nəfər

 

Gecə oxucularının sayı – 254 nəfər

 

Elektron resurslardan istifadə sayı – 5957

 

İstifadə edilən ədəbiyyat sayı - 201 adda 1012 nüsxə

 

Şənbə, bazar günləri oxucu-istifadəçi sayı – 3990

 

Kitabxanadan ən çox istifadə edən fakültə - Maliyyə və mühasibat fakültəsi -6426

 

Rektorun təqdim etdiyi məlumatda oxucular tərəfindən ən çox istifadə edilən 5 kitabın da siyahısı verilib. Həmin kitablar aşağıdakılardır:

 

Abbasov C. Ekonometrika

 

Borodiç S.A. Ekonometrika

 

Wooldridge J. Introduction to Econometrics

 

Məmmədov S. Rəqəmsal maliyyə

 

Tağıyev X.Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri