Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 15:17:00
Keçmiş nazir: Test imtahanlarını Vurğun Əyyubla bağlamaq cahillikdir - Fakt açıqladı  

"Azərbaycanda sovet sistemindən qalma "ənənə" vardı. O vaxt universitetlərə qəbul olunmaq üçün siyahılar tutulurdu, o siyahılara düşmək üçün mütləq külli miqdarda rüşvət vermək lazım idi".


Bu barədə AzEdu.az-a keçmiş təhsil naziri Firudin Cəlilov bildirib. O qeyd edib ki, həmin prosesin qarşısını almaq üçün test imtahanları tətbiq edilib:


"Testi gətirdim ki, ədalət bərpa olunsun. Kasıb uşaqları da ali təhsil ala bilsinlər. Məqsəd bu idi. Amma 3-4 il sonra, cəmiyyəti şəffaf təhsilə alışdırdıqdan sonra qəbul imtahanlarını ləğv edəcəkdik".

 


F.Cəlilov onu da əlavə edib ki, test imtahanlarının tətbiqinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri, mərhum Vurğun Əyyubun adı ilə bağlamaq doğru deyil:

 


"Vurğunu o vəzifəyə mən təyin etmişdim. O təyinatından sonra 10 gün işə gəlmədi, gəlmək istəmirdi, zorla gətirdik. O, bu işi çox gözəl bacardı, icra etdi. İcraçı kimi Vurğun bəyin böyük xidmətləri var. Amma test imtahanlarını Azərbaycana mən gətimişəm. Bunu Vurğun Əyyubla bağlamaq cahillikdir. Çünki Vurğun bəyin keçirdiyi test imtahanından 3 ay qabaq imtahan keçirdim, 2 min tələbəni test edib, Türkiyəyə göndərdim. Bu, cəmiyyətin gözü qarşısında olub axı?!".