Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 12:34:16
Ukraynalı müəllim və şagirdlər ölkəmizdə səfərdədirlər

Ukraynanın akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti ölkəmizdə səfərdədir. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, səfərin məqsədi qardaşlaşmış məktəblər nümunəsinin daha intensiv şəkildə təqdim edilməsi, şagirdlər arasında ünsiyyətin qurulması, iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsidir.

 

Nümayəndə heyətinin birhəftəlik səfər proqramına Fəxri xiyaban, Şəhidlər xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi və STEAM İnnovasiya Mərkəzinə ziyarət daxil edilib. 

 

Qonaqların həmçinin akademik Zərifə Əliyeva adına lisey, Bakı Avropa liseyi və bir neçə təhsil müəssisəsi ilə tanışlığı nəzərdə tutulub. 

 

Səfər çərçivəsində akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktorunun Naxçıvan şəhərinə səfəri, Zərifə Əliyeva adına Şahtaxtlı kənd məktəbi, ulu öndər Heydər Əliyev adına məktəb və muzeyi ziyarəti də təşkil ediləcək.