Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 10:25:00
Müəllimlər üçün Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu davam edir  

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei-Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu davam edir. Proqrama müraciət üçün son tarix 29 yanvar 2021-ci il təyin olunub.

 

AzEdu.az-ın məlumatına görə, “Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır.

 

Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz.