Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 11:55:00
Riyaziyyatçı şagirdlər Türkiyədə 16 medal qazanıb

İlk dəfə olaraq Azərbaycanın qoşulduğu “Türkiyə Matamatik Yarışması”nda ölkəmizi 35 şagird təmsil edib.

 


AzEdu.az xəbər verir ki, TYM Azərbaycanda rəsmi nümayəndəsi olan Global Olympic Centerin təşkilatçılığı ilə iyunun 6-da Azərbaycan heyəti 35 şagirdlə “Türkiyə Matamatik Yarışması”nda iştirak üçün Türkiyənin İzmir şəhərinə yollanıb. 1 həftəlik müddətdə komandamız uğurlu çıxışı ilə yadda qalıb.

 

Belə ki, şagirdlərimiz İzmirin ən böyük məktəbi olan Bornovo Anadolu liseyində təşkil olunan yarışmanın final mərhələsində çıxış edib. İyunun 8-də və 9-da Aydında “Tales Matamatik Muzeyi”ndə, “İzmir Doğal Yaşam parkı”nda, bir sıra tarxi yerlərdə olublar. İzmir Ekonomu Univeristetində keçirilən mükafatlandırma mərasimində şagirdlərimizdən 16 nəfər müxtəlif əyyarlı medallar qazanıblar. Belə ki, Murad Məmmədli, Sulduz Hacıyev, Toğrul Məmmədli, Alikamal Hasan qızıl, Kamran Allahverdi, Zeynəb Əzizli, Nazim Nağızadə gümüş, Aslan Rzayev, Mehdi Həbibzadə, Tofiq Zeynallı, Nihat Zeynallı, Tunar Həsənzadə, Aydan Babayeva, Məhəmməd Həsənli, Əli Alməmmədli bürünc mükafat qazanıb.

 

Şagirdlərimizdən 3 nəfər öz yaşıdları arasında dərəcə fərqi yaradaraq Murad Məmmədli qızıl və Sulduz Hacıyev, Toğrul Məmmədli gümüş ulduz mükafatını alıblar. Qaliblərimiz Heydər Əliyev adına Hava limanında böyük çoşqu ilə qarşılanıb.