Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 11:33:00
Məktəblərdə ixtisas seçimi aparan şəxslər olmalıdır - TƏKLİF

"İxtisas seçimi və karyera planlaması ilə bağlı təhsil sistemində ciddi boşluqlar var"

 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil məsələləri üzrə mütəxəssis Elnur Hacıyev deyib.

 

"Bəs bu boşluqlar nədən ibarətdir? Şagirdlərə ixtisas seçimi və peşə planlaması ilə bağlı məlumat verilir. Amma yetərli deyil. Gələcəyin peşələri, əmək bazarında yarana biləcək ixtisaslar barədə məlumatlar verilməlidir. Yaxud artıq köhnəlmiş, sırdan çıxan peşələr var ki, bunlar barədə də abituriyentlər məlumatlı olmalıdır. Bu prosesin 10, 11-ci siniflərdə aparılması gecdir. Artıq 9-cu sinifdən ixtisas seçimi və karyera planlaması ilə bağlı müəyyən işlər görülməlidir".

 

Ekspert bildirib ki, məktəblərdə ixtisas seçimi aparan şəxs olmalıdır:

 

"Düşünürəm ki, məktəblərdə ixtisas seçimi aparan şəxs olmalıdır. Və o, mütəmadi olaraq təqribi 8-9-cu sinifdən başlamaqla şagirdlərə gələcəyin peşələri, son dövrdə tələbat artan ixtisas və peşələr barədə, onların müsbət-mənfi, uyğun olub-olmayan tərəflərini haqda danışmalıdır. Bunlar həyata keçirilərsə, şagird ali təhsil müəssisələrinə ixtisas seçimi edən zaman kodlaşdırma, sıralamanı artıq özü həyata keçirə bilər. Bu məsələ o qədər də sadə deyil. Bunun üçün uzun müddətli strateji planlar hazırlanmalıdır.

 

Məlumat üçün qeyd etmək istəyirəm ki, ümumtəhsil məktəblərində artıq peşə təmayüllü siniflərin təşkili lahiyəsi var. Həmin lahiyədə ümumi tədris fənlərindən riyaziyyat, fizika, kimiya ilə bərabər, "əsas səriştələr" fənni tədris olunur. Bu fənn daxilində karyera planlaması xüsusi yer tutur və müsbət, mütəqqi haldır. Nümunə kimi bunu digər ümumtəhsil məktəblərinədə tətbiq etmək olar. Bu hansısa fənn şəkilində və ya bir ştat vahidində olan şəxs məktəbə təyin oluna bilər. O, məktəblərdə ixtisas seçimi işini apara bilər. Bunun çox yaxşı bir təklif olacağını düşünürəm".