Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-19 13:18:16
Fənn olimpiadası iştirakçılarının nəzərinə - Əsas dəyişikliklər

Fevralın 25-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. 

  

AzEdu.az xəbər verir ki, yarımfinal turunda iştirak edəcək şagirdlər https://portal.edu.az/  platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər. 

  

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir. 

  

Respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.