Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 10:25:00
“Rektorun qəbul otağı” - Şahin Bayramov tələbələrə əlçatandırmı...

AzEdu.az saytı “Rektorun qəbul otağı” rubrikasında tələbə və rektor münasibətlərini öyrənmək üçün universitetlərə müraciət edir.

 

Burada əsas məqsəd ali təhsil müəssisələrində rektorların tələbələr üçün əlçatan olub-olmadığını ictimayətə təqdim etməkdir. 


Rubrikamızın budəfəki yazısı Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovla bağlıdır.

 

İqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov 31 iyul 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

 

MDU-nun mətbuat xidmətindən bildirilib ki, universitetdə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edirlir.


Rektor Şahin Bayramov tələbə və valideynlər üçün hər həftənin çərşənbə günü saat 15:00-dan 16:00-dək, əməkdaşlar və digər vətəndaşlar üçün hər həftənin çərşənbə günü saat 16:00-dan 17:00-dək qəbul günləri keçirir.

 

“Tələbə və valideynlər üçün hər həftənin çərşənbə günü saat 15:00-dan 16:00-dək qəbul günləri keçirilir. Qəbula yazılmaq üçün iş günləri saat 09:00-dan 18:00-dək (024)2753272 nömrəli telefonla əlaqə saxlanılır və ya [email protected] elektron ünvanına müraciət olunur”.

         

Universitetdən qeyd olunub ki, qəbul günlərində adətən 4-5 nəfər iştirak edir.

 

“Qəbul zamanı ən çox müzakirə olunan mövzular əsasən məzun-tələbə, valideyn və digər vətəndaşların iş istəməsi ilə bağlı olur. Həmçinin, müəllimlər elmi-pedaqoji fəaliyyətlərində, karyeralarında inkişaf üçün məsləhətlərlə bağlı da rektora müraciət edir”.

 

Bildirilib ki, qəbul zamanı qaldırılan məsələlərin araşdırılması və həlli üçün universitetin müvafiq strukturlara yönəldilir.

 

Mətbuat xidmətindən verilən məlumata əsasən, rektor qəbul günlərindən əlavə olaraq da vətəndaşlarla da görüşür:

 

“Cənab rektor Şahin Bayramov tərəfindən şəxsi və Mingəçevir Dövlət Universitetinin sosial şəbəkə səhifələrində tələbə, valideyn və digər vətəndaşlardan daxil olan müraciətləri cavablandırır. Məlumat üçün bildiririk ki, rektor Şahin Bayarmov müraciət edən tələbə, valideyn və digər vətəndaşları hər hansı bir maneə olmadan hər gün qəbul edir”.