Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 17:34:54
UNEC-də maarifləndirici görüşlər keçirilib

UNEC-də icbari tibbi sığorta ilə bağlı maarifləndirici görüşlər keçirilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən UNEC-in müəllim və əməkdaşlarına icbari tibbi sığorta sistemi, sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.

 

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.