Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 10:00:42
Sabahdan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.