Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 15:59:00
Emin Əmrullayev Türkiyənin yeni təhsil nazirini təbrik edib

Azərbaycanın elm və təhsil naziri Emin Amrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.

 

AzEdu.az xəbər verir ki, nazir bu barədə öz rəsmi feysbuk hesabında yazıb.

 

“Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq”, - nazir qeyd edib.