Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 10:44:54
Regionlar üzrə ən çox bal toplayanlar - Şirvan-Salyan bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?
 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 
Artıq bir sıra regionların ən yüksək bal toplayan şagirdlərini sizə tanıtmışıq.


Bu yazıda isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq. 

 
Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird Neftçala rayonunu təmsil edir.


No description available.
Belə ki, Neftçala rayonu Xıllı qəsəbə 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi İmanlı Ramilə Rəhim qızı 294 bal toplamaqla region birincisi olub. 


***

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 9-cu sinif şagirdlərini də təqdim edirik:


No description available.

Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin şagirdi 9-cu sinif şagirdi Aytən Məlikova - 289 bal.


***

No description available.
Salyan Z.Həmidov Çuxanlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Mirxasova Aysu Mirnuh qızı – 281 bal.


***

No description available.
Hacıqabul şəhər 6 nömrəli tam orta məktəbin 9-cu sinid şagirdi Vəliyev Fərid Cavid oğlu – 261 bal.


***

 

Açıklama yok.


Biləsuvar rayon Aşağı Cürəli kənd Oqtay Babayev adına tam orta məktəbinin 9-cu sinif şagirdi Abışova Xanımgül Babək qızı – 258 bal.