Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-27 16:25:01
Rusiya Prezidenti azərbaycanlı alimi təltif edib

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib.

 

AzEdu.az xəbər verir ki, Serqo Orconikidze adına Rusiya Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri Vaqif Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Prezident Vladimir Putinin bu barədə sərəncamı dərc edilib.

 

V.Kərimov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının və Dağ Elmləri Akademiyasının akademikidir. Hazırda universitetin geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiridir.