Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-27 12:50:00
Sabah Bakıda 31 dərəcə isti olacaq

Mayın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

 

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.