Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-28 11:23:00
Kolleci bitirdikdən 80 il sonra diplomunu aldı

ABŞ-da 101 yaşlı İkinci Dünya Müharibəsi veteranı məzun olduqdan 80 il sonra kollec diplomunu alıb.

AzEdu.az saytı xəbər verir ki, bu barədə FoxNews telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Fred Teylor İkinci Dünya Müharibəsi səbəbindən məzuniyyət mərasimində iştirak edə bilməyib.

14 mayda o, Mount – Vernon kollecindən məzun olması barədə diplomu alıb.

”Xidmətə getdiyim üçün peşiman deyiləm. Uçmağı çox xoşlayırdım. Məzun tədbirində iştirak edə bilmədiyim üçün peşmanam”, - deyə Teylor bildirib.

Teylor məzuniyyət mərasimində 200-dən çox kollec tələbəsi ilə birlikdə iştirak edib. O, səhnəyə çıxanda tələbələr onu öz yoldaşlarından biri kimi qəbul ediblər.